SOKRAT İSTEHZASI

Afinalı filosof Sokrat heç bir zaman fikirlərini qələmə almadığından onun haqqında bildiklərimizi tələbələrinin yazdıqlarından əldə edirik. Bu tələbələrin ən görkəmlisi Platon olub. E.ə. təxminən 370-ci ildə Platon Sokratın nəzəriyyəsini anladan bir neçə oçerk yazıb.

Platonun dediyinə görə, Sokratın həqiqətə çatmaq yolu belə olub: o, dinləyicilərindən hər hansı bir anlayışa tərif vermələrini xahiş edirmiş. Hamını dinlədikdən sonra yenidən suallar verməyə başlayırmış. Beləliklə, sual-cavab yolu ilə (“Sokrat üsulu”) müzakirə predmetinə aydınlıq gətirilirmiş.

Sokrat tez-tez sevdiyi daha bir üsula əl atırmış. O özünü bilməzliyə vurur və həmsöhbətindən nəyisə anlatmağı xahiş edirmiş. Həmin o şəxs də böyük həvəslə düşüncələrini bölüşürmüş. Sokrat isə guya deyilənləri tam başa düşmədiyi üçün həmsöhbətinə elə hey yeni-yeni suallar verirmiş. Sonda o adam çaşbaş qalaraq əvvəllər onun üçün tam aydın olan bir məsələni indi anlamadığını dərk etməyə başlayırmış.

İndi işin mahiyyətini anlamaq üçün özünü bilərəkdən avamlığa vurmaq Sokrat istehzası adlanır. (Ayzek Azimov. Sözlərin tarixi)

 

SOKPAPPET
SOQAR
OBASTAN VİKİ
Sokrat
Sokrat, Sokrates və ya Süqrat (yun. Σωκράτης, e.ə. 469 – 15 fevral e.ə. 399, Afina) — Qərb fəlsəfəsinin yaradıcılarından biri sayılan klassik yunan filosofu, Platonun müəllimi. == Həyatı == Antik yunan filosofu Sokrat e.ə. 469-cu ildə Afinada dünyaya göz açıb. Atası Safroniks daşyonan, anası Fenareta mamaça imiş. Sokrat həlim, amma öz düşüncələrini qətiyyətlə müdafiə edən birisi olub. Gəncliyində orduda xidmət edib. Olimpiya oyunlarında yumruq döyüşlərində iştirak etmişdi.
Sokrat metodu
Sokrat metodu və ya Sokratik metod — qədim yunan filosofu Sokratın adını daşıyan, həqiqətin və biliklərin hazır formada verilməməlidi, problemi ifadə edən və axtarış tələb edən iki fərd arasındakı dialoqa əsaslanan üsul. Bu üsul tez-tez həmsöhbətin verilən suallara cavab verərək, mühakimələrini (hökm) ifadə etdiyi, biliyini və ya əksinə, məlumatsızlığını ortaya qoyduğu bir müzakirəni əhatə edir. Sokrat metodu hipotezlərin aradan qaldırılması (həll edilməsi: müsbət və ya mənfi) üsuludur, burada tərəflərdən birinin təşəbbüsü bəzi hallarda özünü bilikli hesab edən həmsöhbətin özünəinamını azaltmağa və ona nəinki heç nə bilmədiyi, üstəlik dar düşüncəli bir insan olaraq qalmasından, cahilliyindən şübhələnmədiyini belə sübut etməyə yönəlmişdir. Digər hallarda həmsöhbəti özünü tanımağa, eləcə də özündə əvvəllər gizli, qeyri-müəyyən və hərəkətsiz qalan tərəflərin aşkara çıxarılmasına və aydınlaşdırılmasına yönəldilməsi nəzərdə tutulurdu. Sokrat özü bu metoda “aşkarlamaq” adını vermişdir. Bu metodda birinci hal “ironiya” adlanırdı. Sokrat sonuncu halda həmsöhbətin beynində həqiqətin “doğuşunu” təşviq etmək üçün bir vasitə hesab edirdi. O, bu metodu "mayevtika" adlandırırdı. Aristotel elmi metodun əsası hesab etdiyi tərif və induksiya metodlarını kəşf etməkdə Sokrata borclu idi.
а́триум гомеопа́тия изма́сливаться ка́верзничать оби́ловать охора́шивать перепили́ть подку́р са́дкий толка́тельный чугунолите́йщик шурова́ние быть в состоя́нии делать лапароско́п плести́сь пропе́рчивать air-scuttle diving-dress Ivor price war reputation задёрнуться отверзать сговариваться спондей